“Ukraynada “Javelin”lərin peyda olması Donbası qaytara bilər” - Ben Hodces

2018/01/or-39978_1516876499.jpg
Oxunub: 4204     18:33     25 Yanvar 2018    
“Ukraynanın təchiz ediləcəyi “Javelin” tank əleyhinə raket kompleksləri separatçıların Donbasla bağlı mövqelərini yenidən nəzərdə keçirməsinə səbəb olacaq”.

Ordu.az Gazeta.ua saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı Ben Hodces bəyan edib.

“Ukraynalıların “Javelin”ləri necə istifadə edəcəyini bilmirəm, lakin bu, çox effektiv sistemdir və müharibənin gedişatını bütövlükdə dəyişə bilər”, - deyə Hodces bildirib.

Onun sözlərinə görə, “Javelin”lərin olması rəqibi Ukrayna ərazisinin taktiki şəkildə ələ keçirilməsi fikrindən daşındıracaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-ABŞ   Javelin  


Bizi "telegram"da izləyin