Münbiçdə ABŞ qoşunları YPG partnyorları ilə birlikdə əməliyyat aparır. Məhz burada iki NATO dövləti üz-üzə gələ bilər
Dünən Türkiyə prezidenti Ərdoğan Münbiçin növbəti hədəf ola biləcəyi ilə bağlı mesajlar verib. Münbiç NATO-nun iki ən böyük ordusu arasındakı bufer zonadır.
Hələki Tramp Administrasiya Münbiçin 60 milliyində yerləşən Afrindəki əməliyyatlara səssiz qalıb. Lakin ötən il ABŞ qoşunları Münbiçə yerləşdiriləndə Pentaqon sözçüsü “müharibəyə girmək istəyən hamı üçün aşkar bir xatırladıcıdır” ifadələrini işlətmişdi.
Lakin əgər bu, bir NATO üzvüdürsə?
“Regionumuzu bu problemdən tamamilə təmizləyəcəyik. Münbiçdən meydana gələn təhdidlər də aradan qaldırılacaq. Bu əməliyyat sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə Ərdoğan bildirib.
Bundan sonra Tramp Ərdoğana zəng edərək diqqətli davranmağa və Türkiyə ilə ABŞ qüvvələrinin münaqişəyə girmə riskinə yol açacaq istənilən addımdan qaçmağa çağırıb.
İndi isə iki NATO müttəfiqi arasındakı maraq qarşıdurması sözdən əmələ keçə bilər. Əgər Türkiyə Münbiçə hücum etsə, ABŞ İŞİD-ə qarşı “partnyoru” və yoxsa müttəfiqi arasında seçim etməli olacaq.
Türkiyənin əməliyyatları haqda danışan Mettis Türkiyənin haqlı təhlükəsizlik qayğılarını anladığını, lakin əməliyyatların məhdud şəkildə aparılmalı olduğunu qeyd edib. Təxminən eyni tipli münasibəti Reks Tillerson da bildirib.
Eyni zamanda PYD ABŞ-ı özündən İŞİD-ə qarşı istifadə etməkdə və indi Türkiyənin əməliyyatlarını səssiz şəkildə izləməkdə ittiham edib.
Qeyd edək ki, yanvarın 20-də başladılan əməliyyatlar nəticəsində bu vaxta qədər 260-dan çox YPG və İŞİD terrorçusunun məhv edildiyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az