Rusiyanın yeni torpedasının sınaqları 2018-ci ildə tamamlanacaq

2018/01/vystrel456546_1516870642.jpeg
Oxunub: 1482     16:55     25 Yanvar 2018    
“Cari il ərzində istehsal etdiyimiz və hazırda üzərində işlər davam edən yeni torpedanın sınaqları tamamlanacaq”.

Ordu.az “Interfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Taktiki raket silahlanması” şirkətinin baş direktoru Boris Obnosov bəyan edib.

Obnosovun sözlərinə görə, torpedanın sınaqlarını artıq dəqiqliklə təyin eidlmiş müddətdə həyata keçirilmək planlaşdırılıb.

“Sürətli sualtı raket olan “Şkval-E”, antitorpeda ilə təchiz olunan “Paket-E/NK” gəmi əleyhinə kompleks kimi istehsal məhsullarımız yetərincə məşhurdur. Yeni torpedanın da onların sırasına əlavə olunacağına şübhə etmirik”, - deyə Obnosov bildirib.

Qeyd edək ki, yeni torpedanın yaradılması üzrə işlər isə şirkətin bir neçə qolu tərəfindən paralel aparılır və bu da sınaqların vaxtına keçiriləcəyinə dəlalət edən növbəti fakt qismində çıxış edə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Paket-E/NK  


Bizi "telegram"da izləyin