Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Baltimor universitetindən Martin Lüter Kinq günü ilə bağlı konfransda bildirilib.
Məlumatda bildirilir ki, əgər əsgərlərin yerləşdirildiyi səfirliklər və missiyaları da nəzərə alsaq, bu rəqəm 1000-ə yaxındır.
Ümumilikdə xarici hərbi bazalarda 138 min əsgər xidmət edir. ABŞ-dan başqa sadəcə 11 ölkənin xaricdə bazası var ki, bütün bu bazaların sayı cəmi 70-ə yaxındır.
Ən çox hərbi bazası olan ikinci dövlət Rusiyadır. Onun 26-40 arası hərbi bazası olduğu ehtimal edilir. Bunların əksəriyyəti keçmiş Sovet respublikalarında, Suriya və Vyetnamdadır.
Digər dövlətlərdən Britaniya, Fransa və Türkiyənin 4-10 arası xarici hərbi bazası mövcuddur.
Hindistan, Çin, Yaponiya, Cənubi Koreya, İtaliya və Niderland isə 1-3 arası hərbi baza saxlayır.
Ağalar Ağalarlı
Ordu.az