Sabiq Pentaqon rəsmisi: “ABŞ yeni Soyuq müharibə başladır”

2018/01/105074219756756_1516868415.jpg
Oxunub: 3488     16:20     25 Yanvar 2018    
“Anti-Rusiya isteriyası və xüsusi müşavir Robert Müllerin analizi Pentaqonun son dövrlərdə yeni Soyuq Müharibə başlatmaq üçün qurduğu imperialist planın irəli sürülməsi üçün təkandır”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri sabiq Pentaqon analitiki Çak Spinney səsləndirib.

ABŞ Müdafiə Nazirliyinin keçən həftə elan etdiyi milli müdafiə strategiyası terrorizmlə müharibədən daha çox Rusiya və Çinlə uzunmüddətli rəqabətə fokuslanıb.

NATO ekspansiyası, anti-ballistik raket müqaviləsinin pozulması, Gürcüstan və Ukraynadakı müdaxilələr böyük dividentlərdir. Çünki onlar sonuncu Milli Müdafiə Strategiyası və Nüvə vəziyyəti haqqında icmaldakı hiss edilən Soyuq Müharibə isteriyasına təkan verən əsas elementlərdir.

“ABŞ müdafiə strategiyasının prioritetləri yeni Soyuq Müharibə irəli sürür və hərbi-sənaye kompleksi üçün ənənəvi biznesə geri dönür”, - deyə tədqiqatçı bildirib.

Spinney qeyd edir ki, 17 yaşlı qlobal terrorla müharibənin azalan etibarlılığını əvəzləmək, hərbi və nüvə silahlarının gücləndirilməsi üçün yeni təhdidlər və düşmənliklər yaradılmalıdır.

“Oyunun əsl adı nüvə qüvvələrinin modernizasiyası üstündə xüsusi hazırlıq üçün böyük satınalma və tədqiqat aparılmasının yeni mərhələsini irəli sürməkdir”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Soyuq-müharibə  


Bizi "telegram"da izləyin