Şimali Koreya daxildə və xaricdə olan bütün koreyalılara müraciə edərək onları müstəqil birləşmə üçün bir nəfər kimi səy göstərməyə və Cənubu ABŞ-la ortaq hərbi təlimləri birdəfəlik dayandırmağa çağırıb.
Ordu.az “Japan Times”a istinadən xəbər verir ki, bu barədə KXDR KİV-lərində bildirilib.
İki ölkənin hökumətinin və siyasi partiyalarının görüşündən qısa müddət sonraya təsadüf edən elanda bütün koreyalılar şimalla cənub arasında əlaqələri, səyahəti və əməkdaşlığı artırmağa dəvət olunub. Məqsəd isə iki ölkə arasında uzlaşma və yenidən birləşmə üçün əlverişli mühitin yaradılmasıdır.
Müraciətdə bu ilin hər iki Koreya üçün xüsusi il olduğu qeyd edilir. Şimali Koreya öz quruluşunun 70 illiyini qeyd edəcək, Cənubi Koreya isə fevralın 9-dan 25-ə qədər Qış Olimpiya oyunlarına həyata keçirəcək.
Lakin elanda Seulun ABŞ-la ortaq hərbi təlimləri bir daha qınanılır: “Cənubi Koreya hakimiyyəti ABŞ-la keçirdiyi müharibə oyunlarını əbədi olaraq dayandırmalıdır”
Qeyd edək ki, bu ayın 9-dan etibarən uzun müddətdən sonra iki ölkə arasında dialoqlar bərpa edilib və iki illik fasilənin ardından hərbi rabitə xətti yenidən istifadəyə verilib.
Ağalar Ağalarlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: