Cənubi Koreya və ABŞ müdafiə nazirləri görüşəcək

2018/01/180125105901_e64456456_1516867119.jpg
Oxunub: 2212     15:57     25 Yanvar 2018    
Cənubi Koreya müdafiə naziri Sonq Yunq-moo və onun ABŞ-lı həmkarı Ceyms Mettis sabah Havay adalarında görüş keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb

Məlumata görə, görüş zamanı qarşıdan gələn qış olimpiya oyunlarının təhlükəsiz və sülh şəraitində baş tutması üçün iki dövlətin həyata keçirə biləcəyi tədbirlər də müzakirə olunacaq.

Bundan başqa, nazirlərin müzakirə zamanı əsasən Koreya yarımadasında təhlükəsizlik məsələlərinə və qış olimpiya oyunlarına görə təxirə salınmış birgə hərbi təlimlərin proqramına diqqət cəmləyəcəyi ehtimal edilir.

Qeyd edək ki, Sonq Yunq proqrama uyğun olaraq qarşıdakı bir həftə ərzində ABŞ-dan başqa Sinqapur, İndoneziya və Tailanda səfər edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-ABŞ   MN  


Bizi "telegram"da izləyin