Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə NATO Müttəfiq Dəniz Komandanlığının komandiri admiral Kliv Conston bildirib.
Onun sözlərinə görə, alyans bu ilin sonlarına yaxın Aralıq dənizi və Atlantik okeanında dənizaltılara qarşı müharibə təlimləri təşkil etməyi planlaşdırır. Bu, Baltik və Qara dənizlərində artan təhdidlərə qarşı daha hazırlıqlı olmaq məqsədi daşıyır.
“Biz son iki ildə anladıq ki, yüksək səviyyəli dənizaltı müharibəsinə qarşı xeyli zəifik. Hal-hazırda bu boşluğu aradan qaldırmaq üçün böyük yatırımlar edilir və ciddi irəliləyişlərə nail olunub”, - deyə admiral əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az