ABŞ generalı: “ABŞ ordusu Rusiya və Çinə qarşı daha da güclənməlidir”

2018/01/1060x600-5a7e2a83d0d597e97f470388b2c56904345345_1516862649.jpg
Oxunub: 3076     14:41     25 Yanvar 2018    
“ABŞ ordusu dünyanın hər tərəfindəki radikal qruplarla döyüşməklə yanaşı, Rusiya və Çin kimi rəqiblərin güclənən təhdidlərilə mübarizə aparmaq üçün də gücləndirilməlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Baş Qərargah rəisinin müşaviri general-mayor Ueyn Troksel səsləndirib.

Onun sözlərinə görə, ABŞ-ın dünyadakı öhdəlikləri azalmayıb, əksinə Rusiya, Çin və KXDR kimi ölkələrdən meydana gələn təhdidlərin artması Birləşmiş Ştatları daha böyük güc yarışına çəkir.

“ABŞ-ın ötən həftə elan edilən Milli Müdafiə Strategiyasının milli dövlətlərlə rəqabətə fokuslanmasına baxmayaraq, Əfqanıstan, İraq və Suriya kimi ölkələrdəki təlim və məşvərət missiyaları da davam edəcək”, - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Çin   MTS  


Bizi "telegram"da izləyin