İran generalı: “ABŞ sadəcə sayıqlayır”

2018/01/13920512000459_PhotoI345_1516859876.jpg
Oxunub: 4305     13:54     25 Yanvar 2018    
“ABŞ-ın İranın raket proqramları və digər müdafiə məsələləri üzərində danışıqlara çağırması sadəcə sayıqlamadır”.

Ordu.az “Tehran times”a istinadən xəbər verir ki, bu fikirləri İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin köməkçisi general Məsud Cəzayiri səsləndirib.

Cəzayiri bir daha İran silahlı qüvvələrinin düşmənə qarşı ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün öz proqramlarına davam edəcəyini vurğulayıb.

“Bəzi rejimlərə qarşı müqavimətin zəruriliyi tarix tərəfindən təsdiqlənib. Buna görə də müdafiə və raketlə bağlı danışıqlara dəvət bizim tərəfimizdən sayıqlamadan başqa bir şey kimi qəbul edilmir”, - deyə general əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Raketdən-müdafiə  


Bizi "telegram"da izləyin