Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi ekspertlərin fikrincə, Çinin bu səyləri gələcəkdə potensial müharibəyə qarşıdurmalara hazırlıq məqsədi güdür.
Qeyd edək ki, ötən həftə sözügedən dənizdə iki gəmi və 100 əsgər, bu həftə isə 6 gəmi təlimlərə qatılıb. Filotiliya artilleriya məşqləri həyata keçirib. XAO-nun yaydığı məlumata görə, təlimlər davam etdiriləcək və daha çox qüvvələr qoşulacaq.
Hərbi ekspertlər bildirir ki, Çin bununla həm qonşularının gücünü göstərmək istəyir, həm də Cənubi Çin dənizindəki mübahisəli adalar üzərində baş verə biləcək potensial münaqişəyə hazırlaşır.
Ağalar Ağalarlı
Ordu.az