Türkiyə Silahlı Qüvvələri "Zeytun Budağı" əməliyyatlarının beşinci günü çərçivəsində PKK/YPG və İŞİD terrorçularına aid 47 hədəfin məhv edildiyini açıqlayıb.
Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu gün keçirilən əməliyyatlar zamanı 27 qırıcıdan istifadə edilib və bütün qırıcılar itki vermədən geri dönüb.
Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, bu vaxta qədər ən azı 287 terrorçu məhv edilib. Əməliyyat planlaşdırıldığı kimi davam edir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
Zeytun-Budağı.Afrin