“Lockheed Martin” Pentaqondan kömək istəyir

2018/01/5454184512512_1516808660.jpg
Oxunub: 3018     23:47     24 Yanvar 2018    
Yenidənqurmaya gedən “Lockheed Martin Corp.” 9 milyard dəyərindəki “Sikorsky Aircraft”ın satın alınması üçün Pentaqondan 212 milyon dollar istəyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, korporasiyanın məlumatına görə, bu alış-veriş vergi ödəyicilərinə hər 1 dollar üçün 8 dollarlıq səmərə qatacaq.

Hazırda Pentaqonun agentlikləri qarşıdakı beş il ərzində “Lockheed”in “Rotary və Mission Systems”lə olan kontraktlara tətbiq ediləcək iddianı araşdırır. ABŞ-ın ən böyük kontraktoru olan kompaniya 2015-ci ildə “United Technologies Corporation”dan helikopter istehsalçısı “Sikorsky”ni alıb.

“Bu özbaşına bir razılaşma deyil, yeni rəhbərliyin həll etməli olduğu ilk şeydir”, - deyə müdafiə biznesi üzrə analitik Bayron Kallan bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Sikorsky   Pentaqon  


Bizi "telegram"da izləyin