Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələri Baş Komandanı admiral Sunil Lanba bildirib.
Onun sözlərlinə görə, Hindistan Qvadar limanında Çinin fəaliyyətlərinə xüsusi diqqət yetirərək, eyni zamanda Ərəb dənizi akvatoriyasında sualtı gəmilərin peyda olma tezliyini izləməlidir.
Dehli iki geosiyasi rəqibinin Hindistan sərhədlərində aktiv fəaliyyəti ilə əlaqədar olaraq ölkənin HDQ inkişafını intensivləşdirmək qərarına gəlib. Bəyanatda, Hindistan sualtı gəmi flotiliyası üzrə işlərin fəallaşdırılmasına ehtiyac olduğu qeyd edilib. Admiral Sunil Lanbanın sözlərinə görə, son illərdə Hindistan 200-dən çox müxtəlif gəmi inşa edib. Xüsusilə, Mumbai Gəmiqayırma Zavodunda inşa ediləcək altı "Scorpene" sinifindən olan sualtı qayıqlardan birincisi də bu siyahıya daxildir.
“Sualtı gəmilər- donanmamızın səssiz əli və dəniz strategiyamızın ayrılmaz bir hissəsidir. İnşası davam edən sualtı qayıqlarımızın layihələri sualtı donanmanın inkişafında yeni bir fəsil olacaq.
Eyni zamanda, Hindistan Hərbi Dəniz Donanması, Hindistan tərsanələrində inşa edilən sualtı qayıqların qurulması proqramının açıq bir şəkildə dayandığını qeyd edir. Əsas problem Hindistan layihənin vaxtında həyata keçirilməsi üçün bütün zəruri texnologiyaların alınması ilə bağlıdır. İlkin plana əsasən, 2030-cu ilədək Hindistan Donanmasının 24 yeni sualtı qayıq alacağı gözlənilirdi. İndi bütün lazımi texnologiyalar əldə edilsə belə, bu planını yerinə yetirilməsi üçün ildə 2 sualtı qayıq inşa edilməlidir”, - deyə Hindistan Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının bəyanatda bildirilib.
Bəyanatda həmçinin Hindistanın əvvəllər "Naval Group", "Rosoboronexport", "ThyssenKrupp Marine Systems" və "Saab" kimi nəhəng şirkətlərlə texnologiya mübadiləsinə dair müqavilələr bağladığı da qeyd olunur.
Ədalət Verdiyev
Ordu.az