Ərdoğan Afrində şəhid olanların sayını açıqlayıb

2018/01/264_1516800998.jpg
Oxunub: 1636     21:32     24 Yanvar 2018    
“Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti Afrində keçirilən əməliyyat çərçivəsində 7-8 nəfər itirib, düşmənin itkiləri isə 268 nəfər təşkil edib”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

““Zeytun budağı” əməliyyatında bizim hərbçilərimiz itkilər verdilər, öldürülənlər və yaralılar var. İlk 4 gün ərzində Türkiyə Silahlı Qüvvələri tərəfindən 268 terrorçu məhv edilib, Türkiyə ordusunda isə itkilərin sayı 7-8 nəfərdir”, - deyə Ərdoğan bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zeytun-budağı  


Bizi "telegram"da izləyin