Türkiyə Donbasda BMT sülhməramlılarının yerləşdirilməsini dəstəkləyir

2018/01/149243999145645_1516796615.jpg
Oxunub: 2590     20:22     24 Yanvar 2018    
“Türkiyə BMT sülhməramlı missiyasının Donbasda yerləşdirilməsini Ukraynanın tələb etdiyi formada dəstəkləyir”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Ukrayna dostluq qrupunun üzvü Yusif Bəyazit bəyan edib.

Yusif Bəyazit Ukrayna parlament komitəsinin üzvlərinə Türkiyə tərəfinin BMT ATƏT sülhməramlı missiyasının Ukraynanın şərqindəki fəaliyyəti barədə məlumatlı olduğunu və və Türkiyənin BMT sülhməramlı missiyasının Ukraynanın tələb etdiyi formada Donbasda yerləşdirilməsinə müsbət yanaşdığını bildirib.

O həmçinin qeyd edib ki, Türkiyə ərazi bütövlüyünün həlli ilə bağlı məsələlərdə bundan sonra da Ukraynanı dəstəkləyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Türkiyə   Donbas  


Bizi "telegram"da izləyin