Ordu.az “Mehrnews” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İranın sabiq Müdafiə naziri general Hüseyn Dehqan səsləndirib.
“Bizim böyük dağıdıcı gücə və yüksək dəqiqliyə malik müxtəlif mənzilli raketlər hazırlamağı bacarsaq da, öz raketlərimizi bizə qarşı təhdidləri əhatə edəcək mənzildə saxlayırıq”, - deyə o bildirib.
Regional inkişaf, İranın müdafiə proqramı və raket sistemlərindən danışan general sonuncu etirazlardan götürülməli dərslərin olduğunu söyləyib.
“Fikrimcə problem bizim xarici düşmənlərimizdən meydana gəlib. Maraqlıdır ki, İran dövlətini terrorçu olmaqda ittiham edən Tramp bu gün iranlıların haqlarının müdafiəsindən danışır”, - deyə Dehqan əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az