Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raket dənizin dərinliyindəki şərti hədəfi məhv edib.
“Qədir” raketi dənizdəki hədəfləri məhv edə bilən yüksək dəqiqlik və qüvvəyə malik yeni nəsil qanadlı raketdir. O, həm sahildən, həm də gəmilərdən atıla bilir.
Qeyd edək ki, təlimlərin ikinci günündə donanmanın helikopterləri tərəfindən səs və maqnit mina təmizləmə əməliyyatları aparılıb.
Eyni zamanda Aviasiya qüvvələri yüksək və alçaq yüksəklikdəki şərti düşmən təyyarələri, dronları və qanadlı raketlərinin məhv edilməsi təlimlərini həyata keçirib.
Ağalar Ağalarlı
Ordu.az