Ordu.az “İraqinews” saytına istinadən xəbər verir ki, bu barədə İraq ordusunun komandiri general-mayor Cəlil əl-Rubeyi bildirib.
“Bağdad Əməliyyat Komandanlığının əsgərləri bu gün üzərində partlayıcı qurğular olan 2 kamikadzeni və onlarla birlikdə hərəkət edən bir İŞİD üzvünü məhv edib”, - deyə komandir bildirib.
Rubeyinin sözlərinə görə terrorçular Bağdadda əməliyyat həyata keçirməyi planlaşdırıb.
Qeyd edək ki, bu gün Bağdadın cənubunda yerləşən əl-Yusifiyə regionundakı bir market yaxınlığında baş verən başqa bir partlayış nəticəsində bir mülki şəxs həlak olub, bir nəfər isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az