Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Statuspress” nəşri məlumat yayıb.
Məlumatda ABŞ Hərbi Hava Qüvvələrinin 45-ci kosmik qanadının komandanlığının mülki işçilərin sayının azaldıldığı, bu səbəbdən Kennedi adına Kosmik Mərkəzin raketin buraxılışını həyata keçirə bilməyəcəyi barədə açıqlama verdiyi qeyd olunur.
Qeyd edək ki, “Falcon Heavy” raketinin buraxılışı bir neçə dəfə təxirə salınıb. İlk dəfə bu raketin buraxılışının 2013-cü, ikinci dəfə 2017-ci ilin noyabrında həyata keçiriləcəyi planlaşdırıldı, lakin hər iki halda buraxılışı təxirə salındı.
Ağalar Qəribov
Ordu.az