“Əgər təklif daxil olsa, Moskva İran üzrə əlaqə qrupuna qoşulmaq təklifini nəzərdən keçirəcək, lakin son dövlərdə ABŞ və onun Qərbdən olan mütəfiqlərinin qapalı və separat danışıq formalarına üstünlük vermək tendensiyası Rusiyanı narahat edir”.
Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.
“Əgər İran üzrə hər hansı təkliflər daxil olsa, biz onları nəzərdən keçirəcəyik”, - deyə Ryabkov Moskvanın İran üzrə əlaqə qrupuna qoşulmaq barədə təklif ediləcəyi halda hansı reaksiya göstərəcəyi ilə bağlı suala cavab verərkən bildirib.
O qeyd edib ki, son dövrdə belə separat danışıqların sayı artıb və onlar müzakirəsi aparılan dövlətlər üçün yaxşı heç nə vəd etmir.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Suriya-böhranı