Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici siyasət üzrə dövlət naziri Mübaşir Cavid Əkbər bəyan edib.
“Xahiş edirəm, spekulyasiyalara aldanmayın. Hindistan və Rusiya yaxın dostlardır və bizim hərbi-texniki əməkdaşlıq üzrə böyük məsuliyyətimiz var”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya və Hindistan həmçinin hərbi texnologiyaların təchizatı daxil olmaqla, ölkələrin gələcəyini müəyyənləşdirən bir sıra vacib mövzular üzrə əməkdaşlıq edir.
Ağalar Qəribov
Ordu.az