ABŞ HHQ Əfqanıstanda 63 “Taliban” üzvünü məhv edib

2018/01/1473569610345345_1516698823.jpg
Oxunub: 3484     17:51     23 Yanvar 2018    
ABŞ aviasiyasının zərbələri nəticəsində Əfqanıstanın cənubunda ən azı 63 “Taliban” üzvü öldürülüb.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Pavjak” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aviazərbələr gecə saatlarında Əfqanıstanın cənubunda yerləşən Paktika vilayətində “Taliban” qiyamçılarının mövqelərinə endirilib.

Əməliyyat çərçivəsində ən azı 63 qiyamçının öldürüldüyü bildirilir. Həmçinin “Taliban”ın avtomobil, silah və hərbi sursatları məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Taliban  


Bizi "telegram"da izləyin