Ordu.az “Haber Turk” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
O bildirib ki, daha öncə ABŞ dövlət katibi Reks Tillerson PYD-nin Türkiyə ərazisini atəşə tutmasına şübhə etdiyini açıqlayıb.
“Onların məlumatları haradan əldə etdiklərini bilmirik, biz yaşadıqlarımız və gördüklərimizi nəzərə alırıq. Mən Tillersona tövsiyə etdim ki, öz məlumat mənbələrini bir də yoxlasın və bizimlə PYD mövqeyindən danışmasın”, - deyə Çavuşoğlu əlavə edib.
O həmçinin qeyd edib ki, ABŞ kimi müttəfiqin terrorçuların deyil, Türkiyənin tərəfində olmasına ümidvardır.
Ağalar Qəribov
Ordu.az