Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin nümayəndəsi Çxve Xyon Su jurnalistlər üçün brifinqdə bəyan edib.
“Biz ötən ilin iyulunda Cənub və Şimalın hərbçiləri arasında görüşün keçirilməsi barədə təklifimizə sadiq qalırıq və təklif hələ də qüvvədədir”, - deyə Xyon Su bəyan edib.
O xatırladıb ki, yanvarın 9-da baş tutan Koreyaarası danışıqların nəticələrinə görə, tərəflər hərbi təmsilçilərin görüşünü keçirmək barədə razılıq əldə ediblər.
Ağalar Qəribov
Ordu.az