Britaniya BQ: Rusiya fəaliyyətə gözlədiyimizdən daha tez başlaya bilər

2018/01/345345345_1516695755.png
Oxunub: 1469     16:19     23 Yanvar 2018    
“Rusiya Federasiyası bu yaxınlarda gözlənilməz, düşməncəsinə fəaliyyətə başlaya bilər və bu faəliyyət Avropada təhlükəsizliyin təminatı infrastrukturuna yönəldilə bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri, general Nikolas Karter bəyan edib.

“Rusiya düşməncəsinə fəaliyyətə biz gözlədiyimizdən daha tez başlaya bilər. Hər şey yaşıl insancıqların (yadplanetlilər – red.) peyda olması ilə başlamayacaq, gözləmədiyimiz məsələdən başlayacaq”, - deyə Karter bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Suriyadakı vəziyyətdən ekspedisiya potensialının yaradılması üçün istifadə edir.

“Suriya əməliyyatı çərçivəsində xeyli sayda Rusiya zabiti çox böyük döyüş təcrübəsi əldə etdi”, - deyə general vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin