Ordu.az Rbc.ru saytına istinadən xəbər verir ki, bu barədə Suriya kürdlərinin adı açıqlanmayan nümayəndəsi bəyan edib.
“Türkiyənin Suriyada keçirilən əməliyyatları Suriya kürdlərini həm də Moskvaya qarşı qoyur. Belə ki, Rusiya Türkiyənin Suriyada kürdlər tərəfindən nəzarət olunan ərazilərində əməliyyat keçirməsini dəstəklədiyini bildirdi”, - deyə Suriya kürdlərinin nümayəndəsi bildirdi.
Qeyd edək ki, Türkiyə artıq Suriyada 7,5 kilometr irəliləməyə müvəffəq olub.
Ağalar Qəribov
Ordu.az