Şoyqu: “Suriyadakı hərbi kompaniya texnikamızın üstünlüyünü göstərdi”

2018/01/102738542345645_1516692865.jpg
Oxunub: 2890     15:32     23 Yanvar 2018    
“Rusiya Vyetnamla döyüş şəraitində hərbi texnikanın sınaqdan keçirilməsi təcrübəsini bölüşməyə hazırdır”.

Ordu.az Ren.tv telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Hanoyda öz həmkarı Nqo Sual Litlə görüş çərçivəsində bəyan edib.

Şoyqu qeyd edib ki, xüsusilə “Pantsir-S1” komplekslərinin ekipajını və Hmeymim, Tartus bazalarının hava hücumundan müdafiəsinə cavabdeh olan S-400 komplekslərini xüsusilə fərqləndirə bilər.

“Suriyada keçirilən hərbi əməliyyatlar Rusiya texnikasının üstünlüyünü bir daha nümayiş etdirdi. Məhz bu texnikalar önəmli nəticələrin əldə edilməsinə şərait yaratdı”, - deyə Rusiya müdafiə naziri vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-Rusiya   Hmeymim   Pantsir-S1  


Bizi "telegram"da izləyin