Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransanın adı açıqlanmayan yüksək çinli dövlət rəsmisi məlumat yayıb.
Avropa İttifaqının İranla nüvə razılaşmasına dair mövqeyində domino effektinin məhz Fransadan başlana biləcəyi qeyd olunur.
“Əgər ABŞ fəaliyyət göstərməyə başlasa, heç kəs kənarda qalmayacaq”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi ABŞ prezidentinin İranla nüvə razılaşmasına dair mövqeyini nəzərə aldığını və Avropalı müttəfiqləri ilə bu məsələni müzakirə edəcəkləri barədə bəyanat yayıb.
Ağalar Qəribov
Ordu.az