Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreşin hesabatında bəhs olunub.
“Hesabat anına qədər 2017-ci ildə 56 qurban qeydə alınıb, bu isə 1994-cü ildən sonra ən böyük rəqəmdir. Bu rəqəmlər bütün mümkün çərçivələri aşır və onlar artmağa davam edir. Belə tendensiyanın qarşısını almaq üçün nəyisə dəyişmək lazımdır”, - deyə Quterreş qeyd edib.
Həmçinin 1948-ci ildən etibarən ümumilikdə 3500-dən çox sülhməramlının öldürüldüyü qeyd olunub.
Ağalar Qəribov
Ordu.az