Yaponiya kiber müdafiə sahəsində NATO ilə əməkdaşlığı gücləndirir

2018/01/images432_1516638319.jpg
Oxunub: 588     20:42     22 Yanvar 2018    
Yaponiya Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə strateji əməkdaşlığı dərinləşdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən həftə Şərqi Avropaya altı günlük səfər həyata keçirən Şinzo Abe Yaponiyanın Atlantika Alyansının Kooperativ Kiber Müdafiə Mərkəzinə qoşulacağını bildirib.

Səfər çərçivəsində Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Serbiyaya səfər edən Abenin sözlərinə görə, ölkəsi NATO-nun Avro-Atlantik məkandan kənarda yerləşən ən önəmli dostlarından biridir və ittifaqın kiber müdafiə mərkəzi ilə partnyor dövlət kimi əməkdaşlıq edəcək.

Estoniyada yerləşən mərkəz “Locked Shields” adlı illik kiber müdafiə təlimləri təşkil edir. Həmin təlimlər bu sahədə dünyanın ən geniş və kompleks hərbi təlimləridir.

Qeyd edək ki, kiber müdafiə dialoqları Abenin Yaponiyanın Atlantika bloku ilə əməkdaşlığını genişləndirmə cəhdlərinin bir parçasıdır. Bu, Şimali Koreyanın nüvə və raket inkişafından meydana gəlir, lakin Yaponiya hökuməti həm də Çinin dənizlərdə və Hind okeanında hərbi ekspansiyasına qarşı NATO-nun dəstəyinə ehtiyac duyur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya-NATO   Kiber-müdafiə  

Xəbər lenti

Yaponiya kiber müdafiə sahəsində NATO ilə əməkdaşlığı gücləndirir

2018/01/images432_1516638319.jpg
Oxunub: 589     20:42     22 Yanvar 2018    