Avropa İttifaqı İraq üzrə yeni strategiya qəbul edib

2018/01/222_1516629149.jpg
Oxunub: 1878     21:37     22 Yanvar 2018    
Bu gün Brüsseldə keçirilən iclasda Avropa İttifaqı İraq üzrə yeni strategiya qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iclas Aİ-nin üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində keçirilib.

“Avropa İttifaqı özünün İraqla möhkəm əməkdaşlığına sadiq qalır, həmçinin İran rəhbərliyini siyasi, sosial və iqtisadi qeyri-stabilliyin bu mərhələsində mübarizə rekonstruksiya mərhələsində dəstəkləyir”, - deyə sənəddə qeyd olunur.

Avropa İttifaqının İraq münasibətdə yeni strategiyası 7 əsas məsələyə yönəlib. Buraya İraqın vahidliyi, suverenliyi və ərazi bütövlüyünün, həmçinin etnik və dini müxtəlifliyin qorunması, ölkənin siyasi sisteminin möhkəmləndirilməsi, humanitar yardımla təchiz etmə və ilkin bərpa mərhələsində dəstəyin göstərilməsi daxildir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin