İran ordusu genişmiqyaslı təlimlərə başlayıb

2018/01/269553845646_1516618147.jpg
Oxunub: 2713     18:50     22 Yanvar 2018    
“Məhəmməd Rəsulullah” kod adlı iki günlük təlimlər Məkran sahil zolağında və Oman dənizinin sahilində həyata keçirilir.

Ordu.az “mehrnews” agentliyinə istinadən xəbər verir ki, təlimlərə İran donanması, quru və hava qüvvələri qatılıb.

Admiral Mahmud Müsəvinin məlumatına görə, təlimlərin birinci mərhələsi gəmilər, dənizaltılar və kiçik katerlər İranın su ərazisinə daxil olmağa çalışan düşmən dəstələrini təsbit etmə, izləmə, əks tədbir və məhv etmə təlimlərini əhatə edir.

Bundan başqa ordunun quru qüvvələri donanmaya dəstək məqsədilə sahilə yerləşdirilib və əraziyə sızmağa cəhd edən düşmənin qarşısını almağa çalışıb.

Müsəvi qeyd edib ki, təlimlər zamanı havadan müdafiəni təmin etmək üçün yerli istehsal olan “Fajr-5” və “Naziat” raketləri atılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin