Ordu.az NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, Qotemüller ilk olaraq Mustafa Kamal Atatürkün Anıtqəbirinə baş çəkib.
Burdakı xatirə kitabına öz fikirlərini qeyd edən xanım Roza Türkiyə Respublikasına və onun banisinə böyük hörmət və heyranlıq ifadə edib. O öz qeydində Türkiyəni “önəmli NATO üzvü” kimi qeyd edib.
Daha sonra Qotemüller Xarici İşlər nazirinin köməkçisi Ahmet Yıldız, general Ümit Dündar, Baş Qərargah rəisinin köməkçisi və digər yüksək səlahiyyətli rəsmilərlə görüşüb.
Baş katibin köməkçisi sabah 3-cü Ordu Korpusu və Çoxmillətli Birgə Döyüş Mərkəzi Komandanlığına baş çəkəcək.
Ağalar Ağalarlı
Ordu.az