Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrində məlumat yerləşdirilib.
“ABŞ hərbçiləri Türkiyə ilə diplomatik münaqişəyə səbəb olan Suriyada 30 min nəfərdən ibarət sərhəd qoşunları yaratmaq planını artıq geri çevirir”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, daha öncə bu ideyanın Trampın Suriyada yeni strategiyasının əsas istiqamətlərindən biri olduğu bildirilirdi, lakin dünən ABŞ rəsmiləri planın KİV-lər tərəfindən düzgün işıqlandırılmadığını və realizə edilməyəcəyini qeyd ediblər.
Nəşr həmçinin ABŞ-ın bu təşəbbüsünün o qədər də uğurlu olmadığına dair Ağ Ev rəsmisinin fikrini çatdırıb.
“Bu çox pis düşünülmüşdü”, - deyə həmin şəxs qeyd edib.
Ağalar Qəribov
Ordu.az