Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Hezer Nauret bəyan edib.
“Dövlət katibi yanvarın 21-27-si aralığında London, Paris, Varşava, həmçinin Davosa səfər edəcək”, - deyə Nauret bildirib.
Nauret əlavə edib ki, yanvarın 21-də Tillerson Böyük Britaniya xarici işlər naziri Boris Conson və onun milli təhlükəsizlik üzrə köməkçisi Maks Sedvilllə İran, Suriya, Liviya, KXDR, o cümlədən Ukraynanı müzakirə edəcək.
“Yanvarın 23-də Parisdə dövlət katibi fransızlarla birgə Suriya, İran, Livan, Liviya, KXDR və Ukrayna da daxil olmaqla qarşılıqlı maraq doğuran qlobal problemləri müzakirə edəcək”, - deyə Nauret qeyd edib.
O həmçinin Tillersonun kimyəvi silahın tətbiq edilməsinin cəzasız qalmasına qarşı əməkdaşlıq üzrə beynəlxalq tədbirdə çıxış edəcək.
“Daha sonra isə Dövlət Departamentinin rəhbəri Davosa yol düşərək yanvarın 24-26-da burada ABŞ prezidenti Donald Trampla birgə 48-i iqtisadi forumda iştirak edəcək. Yanvarın 26-da Tillerson Varşavaya səfər edərək qlobal çağırışlar, regional təhlükəsizlik və iqtisadi inkişaf da daxil olmaqla ikitərəfli münasibətlər mövzusunda müzakirələr aparacaq”, - deyə Nauret vurğulayıb.
Ağalar Qəribov
Ordu.az