Ordu.az “Firat” agentliyinə istinadən xəbər verir ki, atəş PYD terrorçularının yerləşdikləri Marvaniya və Karzeyla, həmçinin Şirava bölgəsində yerləşən Cemlə yaşayış məntəqəsindən açılıb.
Türkiyə artilleriyası isə atəşi sərhədyanın Aazaz şəhərindən aparıb, lakin qarşı tərəfin itkiləri barədə məlumat daxil olmayıb.
Türkiyə artilleriyası PYD-nin iki mövqeyinə – Hələb vilayətinin şimal-şərqində yerləşən Koban və əl-Malikiyəyə zərbələr endirib.
Ağalar Qəribov
Ordu.az