Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“ABŞ Suriyada yerli qüvvələrə təlimlər keçməyə davam edir. Təlimlər öz doğma şəhərlərinə qayıdan qaçqınlar üçün təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Həmçinin İŞİD-in yenidən azad və idarə olunmayan ərazilərdə peyda olmasına yol verməmək mühüm məsələdir. Bu, yeni “ordu” və ya ənənəvi “sərhəd mühafizə xidməti” deyil”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ABŞ Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri” yaratması barədə NATO-nun tövsiyəsini almayıb.
Ağalar Qəribov
Ordu.az