İraq qoşunlarının Kərkükün qərbində yerləşən Havicə rayonunda terrorçulara qarşı apardığı əməliyyat nəticəsində 40-dan çox İŞİD üzvünün məhv edildiyi, xeyli sayda terrorçunun isə ələ keçirildiyi bildirilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar zamanı Xalq Səfərbərlik Qüvvələri (Həşdi Əl-Şəbi) də İraq ordusuna dəstək verib.
Qeyd edək ki, İraqın baş naziri bir müddət öncə ölkəsinin İŞİD üzərində tam qələbə çaldığını elan etsə də, terrorçular hələ də dağınıq şəkildə fəaliyyət göstərməyə davam edir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İraq
İŞİD