Rusiya və Türkiyə Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa çalışır – Türkiyəli ekspert

2018/01/thumbs_b_c_64eee0d3ef7bb7db6dcb1eaf882d67a2_1515138819456456_6060612652.jpg
Oxunub: 2169     19:50     05 Yanvar 2018    
2017-ci ilin sonlarında Sudan KİV-ləri məlumat yaydılar ki, Sudana məxsus Suakin adası 99 il müddətinə Türkiyəyə icarəyə verilib. Məlumata əsasən, Sudan prezidenti Ömər əl-Bəşir Suakin adasının Türkiyəyə icarəyə verilməsi barədə göstəriş imzalayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcən Tayyib Ərdoğan Sudan səfəri çərçivəsində Ankaranın irimiqyaslı bərpa işləri həyata keçirməyə və Suakin adasında infrastrukturu bərpa etməyə hazır olduğunu bildirib. Ərdoğan hazırda Suakin adasının kimsəsiz ərazi olduğunu vurğulayıb.

“Türkiyə Suakin adasında tarixi əhəmiyyətə malik məscidləri restavrasiya etməyə hazırdır”, - deyə Ərdoğan bildirib.


Lakin bu göstərişin imzalanmasından bir ay öncə - dekabrın 23-də Sudan prezidenti Ömər əl-Bəşir Rusiyaya səfər etdi. Afrika dövlətinin rəhbəri Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşərək Moskvadan hərbi dəstək istədi.

“Biz ABŞ-ın aqressiv fəaliyyətindən müdafiə olunmağa ehtiyac duyuruq! Suriyada baş verənlər ABŞ müdaxiləsinin nəticəsidir. Əgər Rusiya Suriyaya daxil olmasaydı, ölkə artıq itirilərdi”, - deyə əl-Bəşir Putinlə görüş çərçivəsində bildirib.

Sudan prezidenti Vladimir Putin və Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Sudanda – Qırmızı dənizdə hərbi bazanın yaradılmasının mümkünyünü vurğulayıb. Sudan rəhbəri qeyd edib ki, Qırmızı dəniz ölkə üçün həyati əhəmiyyətli “dəhliz” və “giriş”dir, bu səbəbdən sahil ərazisi təhlükələrdən müdafiə olunmağa ehtiyac duyur.

Beləliklə, əgər iki faktı – noyabrda Sudan prezidentinin Qırmızı dənizdə hərbi bazanın yaradılmasını müzakirə etmək üçün Rusiyaya səfəri, həmçinin Ərdoğanın Suakin adasında hərbi bazanın yaradılmasını təsdiqləmək üçün Sudana səfərini nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, Rusiya və Türkiyə hərbi təhlükənin qarşısını almağa çalışır. Kimdən? Niyə Türkiyə və Rusiya Sudan ərazisində hərbi baza yaratmaq istəyir?

Ordu.az saytının bu və digər suallarına məşhur türk analitik, “Ankara-Moskva” ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Əngin Özər cavab verib.


“Uzun əsrlər ərzində Sudanın şimal-şərqində yerləşən Suakin adası Qırmızı dənizdə mühüm ticarət limanı və Şərqi Afrika sahillərindəki İslam sivilizasiyasının ocaqlarından biri idi. Bu ada Qırmızı dənizin sahillərində yerləşir. Daha öncə o, bu regionda Qırmızı dənizdə ən vacib liman olub. Hazırda bu ada körfəzdə strateji məntəqədir. Türkiyə artıq Somalidə - Dohada hərbi bazaya malikdir və indi növbəti hərbi bazanı Suakin adasında yaratmaq istəyir. Biz onu “türk bucağı” adlandırırıq. ABŞ-da prezident seçkilərindən sonra Trampın açıq şəkildə İslam dünyasında Birləşmiş Ştatların əsas müttəfiqinin Səudiyyə Ərəbistanı olmasını açıqladıqdan sonra regionda hərbi bazaların mövcudluğu Türkiyə xarici siyasətinin prioritet istiqamətlərindən biridir”, - deyə Özər bildirib.

Türk politoloq xatırladıb ki, noyabrda – Ərdoğanın Sudana səfərinədək Sudan prezidenti Rusiyaya rəsmi səfər edərək hərbi əməkdaşlıq sahəsində müqavilə imzalayıb.

“Burada söhbət Sudanda Rusiyanın hərbi baza yaratmasından gedir. Yəni Sudan ərazisində Rusiya və Türkiyənin hərbi bazaları tikiləcək. Bu bazalar regionda böyük müharibənin qarşısını almaq, öz müttəfiqi İranı Səudiyyə Ərəbistanı və Qərb ölkələrinin hərbi əməliyyatlarından qorumaq məqsədilə yaradılır. İrana qarşı hərbi əməliyyat başlana bilər, Rusiya və Türkiyə isə regionda müharibənin qarşısını almaq üçün preventiv addımlar atır. Lakin nə Rusiya, nə də Türkiyə yad ərazilərin ələ keçirilməsinə dair hər hansı geosiyasi məqsədlərə malik deyil. Lakin hərbi bazalar yaratmaqla onlar Səudiyyə Ərəbistanı və digər ölkələrinin qarşısını ala bilərlər.


Burada daha bir nüans var. Sudan və ABŞ-ın münasibətləri çox pisdir. Bilirsiniz ki, ABŞ Sudana münasibətdə sanksiyalar tətbiq edib. Hərçənd Vaşinqton bu sanksiyaları götürsə də, bu, iki ölkə arasındakı münasibətlərə təsir etmədi. Amerikalılar bu sanksiyaları Sudan prezidentinin ölkə ərazisində iki xarici ölkənin hərbi baza tikməsinə icazə verməsindən sonra geri qaytaracaq. O cümlədən Afrikada əsasən Qərbin əli ilə hərbi və dövlət çevrilişləri baş verir, Türkiyə öz müttəfiqlərini müdafiə etmək məcburiyyətindədir, belə ki, bu ölkələrə böyük Türkiyə investisiyaları yatırılıb. Beləliklə, Rusiya və Türkiyə birgə şəkildə Yaxın Şərq regionda böyük müharibənin qarşısını almağa, həmçinin İranı digər ölkələrin hərbi nüfuzundan qorumağa çalışır”, - deyə türkiyəli ekspert vurğulayıb.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Sudan   Hərbi-baza  


Bizi "telegram"da izləyin