Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2017-ci il ərzində döyüş növbətçiliyi çərçivəsində Rusiyanın raket hücumundan xəbərdarlıq sistemləri 60 xarici və yerli ballistik və kosmik təyinatlı raketləri aşkarlayıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, yerüstü raket hücumundan xəbərdarlıq sahəsində əsas iş yeni tip “Voronej” radar sistemləri tərəfindən həyata keçirilir.
Ağalar Qəribov
Ordu.az