Çin Fransayla əlaqələrin yaxşılaşacağına ümid edir

2018/01/1495331623234234_1515143975.jpg
Oxunub: 2778     17:16     05 Yanvar 2018    
“Çin rəhbərliyi Fransa prezidenti Emmanuel Makronun Pekinə səfərindən sonra iki ölkə arasında münasibətlərdə ciddi dəyişikliklər olacağına ümid edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bəyan edib.

“Bu, Makronun Çinə ilk səfəri olacaq. Bizim ikitərəfli əlaqələrimiz üçün bu, böyük əhəmiyyət kəsb edir”, - deyə Şuan bildirib.

Onun sözlərinə görə, Çin rəhbərliyi bu səfərin ənənəvi münasibətlərdə islahatlar üçün böyük mahiyyət daşıdığını düşünür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Fransa   Pekin  


Bizi "telegram"da izləyin