Ordu.az Kaparov.ru internet qəzetinə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq və publisist Andrey Piontovski bəyan edib.
O qeyd edib ki, ABŞ və Çinin bu məramını sübut edən arqumentlər mövcuddur.
“Birincisi, hələ Si Tsinpinin ABŞ-a rəsmi səfəri zamanı Çin və Birləşmiş Ştatların ekspertləri Kim Çen In rejiminin hücuma keçəcəyi halda nüvə obyektlərinin təhlükəsizliyi məsələləri üzrə iclas keçirdilər. İkincisi, ötən il dekabrın ikisində Pentaqonda hərbi ekspertlərin Karib böhranını tədqiq etməsi üzrə Çin-Amerika seminarı baş tutdu. Üçüncü əlamət: Çinin KXDR ilə sərhəddə malik vilayətlərinin KİV-lərində əhalini radiasiyanın yüksəlməsi və ya böyük sayda qaçqın axını fonunda özlərini necə aparmaq lazım olmasına dair təlimatlandıran xeyli sayda məlumatlar peyda olub”, - deyə Piontovski bildirib.
Politoloq əmindir ki, Çin və ABŞ texnoloji olaraq KXDR-də rejimin dəyişdirilməsini təşkil edə bilər, belə olan halda isə Rusiya “oyundankənar vəziyyətdə” qalacaq.
“Rejimin dəyişdiriləcəyi halda hakimiyyətə bütövlükdə Pekin tərəfindən idarə olunan hər hansı kommunist fraksiyası gələcək və yeni hökumət nüvə layihəsindən imtina edəcək. Bununla da Vaşinqtona Putinin xidmətləri lazım olmayacaq. Lakin Rusiya prezidenti hələ bundan xəbərsizdir”, - deyə Piontovski vurğulayıb.
Ağalar Qəribov
Ordu.az