Hmeymim hücumu “Dəniz pişikləri”lərin işidir? – Rusiyalı jurnalist

2018/01/aW1nLWZvdGtpLnlhbmRleC5ydS9nZXQvMjgwMDEvMTMzNTQwMTEuMTQzZC8wXzEwZDg1NF9lNmFjMTUyYl9vcmlnLmpwZz9fX2lkPTc0ODEz34545_1515138569.jpg
Oxunub: 4602     15:45     05 Yanvar 2018    
“Dekabrın 31-də Rusiyanın Suriyadakı Hmeymim aviabazasına həyata keçirilən hücumu amerikalılar həyata keçirib”.

Ordu.az İnfox.ru saytına istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist Maksik Şevçenko bəyan edib.

“Belə dəqiq hazırlanmış minaatan zərbəsini yalnız yüksək səviyyəli peşəkarlar endirə bilərdilər. Mən özüm minaatan atəşi altında olmuşam. Ayrı-ayrı təyyarələrin altında bu atəşə düşə bilən jurnalistləri axtarmaq lazımdır. Bu, “Dəniz pişikləri” qrupu ola bilərdi. Enmək, zərbə endirmək və tez zamanda uzaqlaşmaq – bu, onlara xasdır”, - deyə Şevçenko bildirib.

Onun sözlərinə görə, bu hücum Həma ətrafında amerikalılara müttəfiq birləşmələrin qələbəsinin təmin edilməsi məqsədilə həyata keçirilə bilərdi.

“Bu əməliyyayın hərbi məqsədi aydındır: Rusiya Müdafiə Nazirliyi və onun rəhbərliyinin mənəvi cəhətdən alçaldılması, onların üzünə tüpürmək. Şoyqu isə ayrıca hərbi tapşırıqdır. Bir neçə hücumçu təyyarənin döyüşün qızğın çağında sıradan çıxarılması çox ciddi hadisədir”, – deyə Şevçenko qeyd edib.

O bildirib ki, əgər hücum İŞİD və ya hər hansı digər terrorçu qruplaşması tərəfindən həyata keçirilsəydi, şəbəkə bununla lovğalanan terrorçuların videomaterialları ilə dolardı.

“Lakin nədənsə biz heç bir lovğalıq əlamətləri müşahidə etmirik”, - deyə jurnalist vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hmeymim   Suriya-böhranı  


Bizi "telegram"da izləyin