Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauret jurnalistlər üçün mütəmadi birifinqdə bəyan edib.
“Bu gün biz Pakistana milli təhlükəsizlik sahəsində, yalnız milli təhlükəsizlik sahəsində yardımın dayandırımasını təsdiq edə bilərik”, - deyə Nauret bildirib.
Onun sözlərinə görə, Pakistan hökuməti “Taliban” hərəkatı və “Həkkani şəbəkəsi” də daxil olmaqla terror qruplaşmalarına qarşı heç bir tədbir görmür.
“Pakistan rəhbərliyi regionda vəziyyətin stabilliyini pozan və Amerika personalına qarşı fəaliyyət göstərən bu terror qruplaşmalarına qarşı qətiyyətli addımlar qəbul etmədiyi müddət ərzində ABŞ Pakistana təhlükəsizlik sahəsində yardımın dayandırılması qərarını qüvvədə saxlayacaq”, - deyə Nauret qeyd edib.
Ağalar Qəribov
Ordu.az