Hindistan İsraillə 500 milyon dollarlıq raket kontraktını ləğv edib

2018/01/spike-anti-tank-missile434_1515087847.jpg
Oxunub: 2539     01:52     05 Yanvar 2018    
Hindistan İsrailin dövlət şirkəti “Rafael Advanced Defence Systems” şirkətindən almağı planlaşdırdığı 1600 ədəd “Spike” tank əleyhinə raketlə bağlı 500 milyon dollarlıq müqaviləni ləğv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu vaxta qədər Hindistan həmin şirkətdən 131 ədəd “Barak” yer-hava raketləri alıb.

İsrail Hindistanın bu qərarından təəssüfləndiyini ifadə etsə də, Hindistan Müdafiə Nazirliyi ilə əməkdaşlığa davam edəcəyini bildirib. Qeyd edək ki, qərar İsrail baş naziri Benyamin Netanyahunun Hindistana edəcəyi səfərdən qısa müddət öncəyə təsadüf edir.

“Spike” tank kimi hərəkətdə olan hədəfləri vurmağa qadir daşınabilən raketidir.

Görünür, Hindistanın bu addımı Netanyahunun qarşıdan gələn Hindistan səfərinə təsir etməyəcək. Üstəlik səfər zamanı şirkətin menecerinin də Netanyahu ilə birlikdə olacağı bildirilir.

Hər il Hindistana təxminən 1 milyard dollarlıq hərbi ləvazimat satan İsrail son illərdə Hindistanın əsas müdafiə təchizatçısı rolunu oynayır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Spike   Hindistan-İsrail   Rafael  


Bizi "telegram"da izləyin