Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Senatdakı səsvermə zamanı 81 lehinə, 7 əleyhinə olmaqla qərar qəbul edilib.
“Lockheed Martin”in müdür müavini olmuş Rud Corc Buş dövründə müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra isə Pentaqonun ən yüksək siyasi postuna gətiriləcək.
Bildirilir ki, təsdiqləmə müddəti etirazsız keçməyib. Noyabr ayında bəzi vəkillər Rudun gələcək fəaliyyətində keçmiş şirkəti ilə əlaqəli olacağından narahatlığını ifadə edib. Lakin o, iki il boyunca sözügedən şirkətin daxil olduğu bütün qərarlardan kənarda qalacağını və həmin şirkətlə heç bir əlaqə qurmayacağına dair Ağ Evlə etik sənəd imzalayıb.
Ağalar Ağalarlı
Ordu.az