"Armata" üçün nə pisdir: "Javelin" yoxsa Vahid Dövlət İmtahanı?

2018/01/119_0_023423_1515069031.jpg
Oxunub: 2804     20:27     04 Yanvar 2018    
2017-ci ildə hərbi dairələrdə yoxlamaların nəticələrinə toxunan Rusiya Müdafiə naziri Sergey Şoyqu, hərbi şurada danışan zaman ümumiyyətlə, nəticələri müsbət qiymətləndirdi. Nazirin sözlərinə görə, müddətli xidmət hərbi qulluqçuları tərəfindən müasir hərbi texnikanın ləng öyrənilməsi təəssüf ki, hələ də mövcuddur.

Və burada düşünmək üçün bir əsas var.

Şoyqunun sözlərinə görə, bir il müasir bir əsgərin normal hazırlığı üçün kifayət deyil. Burada ikibaşlı dəyənək ortaya çıxır: bir tərəfdən - "iki il itirmək" yenidən ordudan irimiqyaslı yayınmalara səbəb ola bilər, digər tərəfdən isə bir il ancaq sadə texnikaların qavranılmasına bəs edir.

Bir çoxları əsaslı mübahisə edirlər: müddətli xidmətdə bir il müqaviləli namizədi yoxlamaq üçün kifayətdir. Və sonra - müqaviləli xidmətə xoş gəlmisiniz, burada isə hər şey keyfiyyətlə öyrədiləcək.

2015-ci ildəki rəqəmlərə gəldikdə, Şoyqu, müqaviləli əsgərlərin sayının müddətli əsgər sayını aşdığını ifadə etdi. Və bu gün bu rəqəmlər müqavilələr üçün 400-450 min, müddətli əsgərlər üçün təxminən 300 min təşkil edir.

Müqaviləli əsgərlər ilə hər şey açıq və aydındırsa, müddətli əsgərlərlə problem hələ də mövcuddur.

Müqavilənin mənfəəti. Onlar məhdud olmayan zaman müddətində istənilən texnikanı- ZRK, təyyarə, tank və s. öyrənir və mənimsəyir. Bunlar, hadisə baş verdikdə ilk növbədə müdafiə xəttində olacaqlar. Bu hadisə beynəlxalq terrorizmdən, Qərb və onların "tərəfdaşları"nın ambisiyaları, KTMT çərçivəsində yerli münaqişələrə müdaxilə və s.-dən ibarət ola bilər.

400 min yetişdirilən savadlı mütəxəssis-bu çox əlamətdar rəqəmdir. Lakin ilk döyüşə gedənlər kim olursa-olsun, ilk zərər çəkəndə o olur. Bu uzun müddət öncə sübut edilərək qanla yazılan qanundur.

Onları kim dəyişəcək- yaxşı bir sualdır. Və daha da narahatedici sual isə döyüş hazırlığını təmin edənləni sabah kim dəyişəcək?
Nümunə üçün aerodromlara baxaq. Ekspertlər bu il Qərb Hərbi Dairəsində hava müdafiə sisteminin üç aerodromunda təyyarələrin hazırlıq prosesini izləyib. Gənc pilotların arasında gənclərə rast gəlinir, texniki heyətin arasında isə əksəriyyəti 40 yaşdan yuxarıdır..
“Bu il biz Jukovski və Qaqarin akademiyasına qəbulun genişləndirilməsi haqqında yazdıq. 1612 əlavə kursant qəbul etdilər. Bəziləri, əlbəttə, finiş xəttinə çatmayacaq, ancaq bir qismi hava limanlarında texniki heyət olacaq. Bu yaxşıdır”, - deyə ekspertlər bildirib.

Yəqin ki, akademiyanın mütəxəssisləri yaxşı işləyərək, qeydiyyatdan keçən 10 min nəfərdən 1612 nəfər seçiblər.

Professor N. E. Jukovski adına Akademiyaya və Y.A.Qaqarin adına Akademiyanın tərkibinə əlavə olaraq aşağıdakılar daxil edilib:

- V.P. Çkalov adına Borisoqlebsk Pilotların Ali Hərbi Aviasiya Məktəbi;
- Voronej Ali Hərbi Aviasiya Mühəndislik Məktəbi;
- İrkutsk Ali Hərbi Aviasiya Mühəndislik Məktəbi;
- Pilot və şturmanları üçün Stavropol Ali Hərbi Aviasiya Məktəbi;
- Tambov Ali Hərbi Aviasiya Radioelektronika Mühəndisliyi Məktəbi;
- Voronej radioelektronika Hərbi İnstitutu;
- REM və görüntünün azaldılmasınının effektivliyinin qiymətləndirilməsi üzrə Federal Dövlət Tədqiqat və Sınaq Mərkəzi.

Belə ki, iki akademiya, iki aviasiya məktəbi, iki aviasiya mühəndisliyi məktəbi və iki radio-elektron mübarizə məktəbi. Federal Sınaq Mərkəzini saymadan belə 8 ali hərbi məktəb HKQ üçün mühəndis hazırlamaq sahəsində işləmək üçün bir araya gəldilər. Nəticədə - 1612 nəfər, 12 fakültənin hər birində 130 nəfər əlavə mühəndis hazırlanacaq.

10 il ərzində (5 il təlim və 5 il ilkin təcrübə), nəticədə bir insanı mühəndis edə bilərsiniz.

Burada orta təhsilin çox dəhşətli səviyyəsini də nəzərdən qaçırmayaq. Yeri gəlmişkən, müsahibədə Bondarev "biz üç min nəfər də toplaya bilərdik, lakin miqdardan daha çox keyfiyyətə üstünlük verdik" dedi.

Bir il ərzində mülki bir uşaqdan, ikinci növ bir döyüşçünün yetişdirilməsi mümkündür. Yəni döyüşdə necə hərəkət edəcəyini, bir avtomat, pulemyot və ya qumbara atandan atəş açmağı öyrətmək olar. Bunun şahidiyəm- atırlar, vururlar. Bu pis deyil.

Bəzi qəliz məsələlər, profil biliklər tələb edir. Məsələn, artilleriyada riyaziyyatsız şox çətindir.

Bəli, ballistik kompüterlər və bütün digər faydalı alətlər əlbəttə ki,iştirak edirlər.

HHM, RKMT, REM kimi çox mürəkkəb sistemlər haqqında artıq narahat olmaq olar. Buralarda, hətta yeni RKM-da elektronika hədsiz çoxdur, hər yerdə sensor ekranlar və bloklar mövcuddur. " Armata "haqqında yalnız susuruq.

Hətta bir növ ümumi kompüter savadlılığı barədə düşünmürəm. Sosial şəbəkələrdə bəyənmək və həqiqətən elektron komplekslərlə işləmək fərqli səviyyələrdir.

Nə alınır? İlk çağırışla məlumatlarını və bacarıqlarını göstərməyə hazır olan müqaviləli əsgərlər var. Praktikada tətbiq edə bilərlər. Amma müqaviləli qorunmalıdır, ona vəsait və enerji sərf olunub. Və ən başlıcası, bir hadisə baş verərsə onu kim əvəz edəcək? Eyni müqaviləli? Eynisini yetişdirmək üçün onu böyütmək və öyrətmək lazımdır.

Eyni qaydalar, "Armata", "Kurqan", "Bumeranq" və bütün qalan "dünyadakı analogları olmayan" sistemlərə xidmət edənlər baxımından da doğrudur.

Və, perspektivdə iki ordu alınır? Biri - texnikanı bilən və hər şeyi bacaran peşəkar müqaviləlilər, digəri daha zəif olan, lakin gələcəkdə birinciləri əvəz edə biləcək müddətlilər.

Amma bu da işə yaramır. Rusiya müdafiə naziri bu mövzuya görə üçüncü ildir ki, texnikanı düzgün şəkildə idarə etmək üçün vaxtın kifayət etmədiyinə deyinirsə, demək onun buna əsaslı səbəbləri var.

Biriləri deyə bilər ki, biz heç kimlə dünya miqyasında mübarizə aparmayacağıq. Amma ətrafda,ölkənin daxilində müstəqillik uğrunda münaqişələr alovlana bilər.

Görünür, ordunun ehtiyatı var. Xidmətdən qaçmayan, gecələr yerini islatmayan, psixi cəhətdən normal. Digər tərəfdən, bu ehtiyat tamamilə nominaldır, çünki bir il xidmət ərzində ciddi bir şey öyrədilməyib.

İki başlı dəyənək. Mən bir tərəfdən Şoyqunu başa düşürəm ki, ehtiyatın real ehtiyat olmasını istəyir. Soyuqlamış arxa deyil, etibarlı bir arxa istəyir.

Xidmət müddətini artırmaq? Bəli, məntiqi bir hərəkətdir. Texnika hər gün daha da mürəkkəbləşir, onu mənimsəmək, öyrənmək və anlamaq lazımdır. Amma bütün rus "əsgərlərin anaları" hərbi komissariyaların və tibbi klinikalar ətrafında hay-küylü rəqsləri yenidən başlayacaq. Rüşvət və s. Nisbətən sülh və əmin-amanlıq olsa da, "cənuba getmək" istəyənlərin növbəsində hərbi xidmətə çağırış məntəqələrində, yalnız müqavililər var, "əlavə bir ili itirməmək" üçün seçim edənlər var.

Şəxsən mən belələrini tanıyıram. Xəstə vətənpərvərlər. Yəni vətənpərvərlər, Rusiyanın müdafiəsi üçün zərurət yarandığı təqdirdə dağ kimi dik duracaqlar və bazar günləri isə boulonqdə Amerika dəniz piyadalarından dana yaxşı straykbol nümayiş etdirəcəklər.

Xidmət müddətinin artırılması - "xəstə" sayının bir neçə dəfə artmasına səbəb olacaq.

Amma bu gün orduya gedənlər də tam sağlam deyillər. Baş baxımından. Burada kütləşmək üçün belə zərərli bir proqram var, VDİ, yəni Vahid Dövlət İmtahanı çağırılır. Proqramın mahiyyəti yaxşı bilinir. Mümkün qədər axmaq kimi bir insan yetişdirməyə çalışılır və nəticədə dünyadan tamamilə təcrid edilən və vəziyyəti anlamayan kütlə hazırdır. Tam kollapsdır.

Bununla yanaşı, Rusiya Müdafiə nazirinin yenidən qeyd etdiyi kimi, yeni texnikalar bizim orduya axın edir.Müqaviləli əsgərlər bu texnikaları uğurla mənimsəyir.

Ancaq on il əvvəl öz vəzifələrini yerinə yetirdikdən sonra bu orduda birdən-birə özlərini tapa bilməyənlərə nə olacaq? Aydındır ki, bir neçə ay əvvəl analogiyalar üzrə daha əvvəlcədən öyrənilir....

Əgər bu aylar olmayacaqsa? Rusiya tarixində belə hallar da olub.

Bir il təlimdən ilk altı ayı əyri meymundan döyüşkən babuin yaratmaqa sərf olunur.
Və bu prosesi hər altı aydan bir sıfır səviyyəsindən deyil, "mənfi ikinci" dən başlayanlar da səssizdirlər. Çoxluqla söyərək səssizdirlər.

Rusiya təhsilinin problemləri haqqında, zənnimcə, zabitlərlə danışmaq yaxşıdır. Onlar yenilənmə hansı keyfiyyətdə gəlir mövzusu haqqında çox şey deyə bilər. Və onunla necə məşğul olacaqlar ki, bu bir ilin sonuna qədər onlar ən azı bir şey edə bilsinlər və öyrənsinlər.

Və münaqişə çox sadə həll olur. Düşünürəm ki, burada mən yeni bir həqiqəti açıqlamayacağam. Orta məktəblərdə hərbi hazırlıq dərslərinə qayıtmaq lazımdır. Və əvvəlki məğlubiyyət və dağıntıların qaynağında müasir təhsil sistemi dayanır.

Bir avtomat, qaz maskası və ÜMD (ümumqoşun mühafizə dəsti) ilə bir gənc fərdi tanış etmək üçün yarım il vaxt və dövlət pulunu sərf edilməsi tam cəfəngiyyatdır. Bu əvvəlcədən də öyrədilə bilər. Avtomatı yalnız sürətlə (bu həm də faydalıdır) söküb toplamaq üçün deyil, sandıq ilə təchiz etməyə öyrədin! ÜMK düzgün şəkildə özünüzə əlavə edin.

Yaxşı, hər məktəbdə deyil. Hər bir rayonda əsas təhsil mərkəzində edin.

Rusiyalı mütəxəssislər 20-ci ordunun təlim yerində ideyaları izləyib. Böyük bir sınaq yeri yaradıblar. Orada bir çox tank, zirehli personal daşıyıcıları, piyadaların döyüş maşınları və silahlar gətiriblər. İndi yalnız əsgərləri təlim üçün gətirirlər.

Başqa şəhərlərdə də belədir. Belə mərkəzə nələrə ehtiyac var? Bir neçə köhnə pulemyota, bir vedrə təlim mərmisinə. Pulemyot və köhnə ZPD və ya PDM, beləliklə oturmaq və çıxmaq öyrənsinlər. Orduda alınlarını əzməsinlər. Və ÜMD. Bir neçə normal təqaüdçü…

Nə olsun ki, Rusiya ordusunda "Armata" və başqa bir çox dəhşətli sözlər var? Əgər onlar üçün ağıllı heyətlər və texniklər olmazsa… Yenə də T-72 və digər sovet xüsusiyyətləri ilə axmaq bir şəkil çəkilir?

Yox, "Armata" üçün "Javelin" qorxulu deyil. Müasir tank üçün nəzəri olaraq, oturmaq və döyüş tapşırığını yerinə yetirmək istəyən birinin bərələn qoyun gözləri daha dəhşətlidi.

Yeri gəlmişkən, Donbasdakilar bu problemlərlər rastlaşdıla. Tanklar var, yanacaq var, sursat var, heyət yoxdur. Traktor sürücüsü, əlbəttə, tankı yerindən çıxaracaq. Sual meydana çıxır. Necə çıxaracaq?

Məqalə Roman Skomoroxovun qeydləri əsasında hazırlanıb.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   Armata   Javelin  


Bizi "telegram"da izləyin