Ordu.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri məlumat yayıb.
Məqalə müəllifi Mixael Pekin fikrincə, Rusiya bu məqsədlərə nail olmaq üçün 845 min əsgər toplaya bilər.
“Üç Baltikyanı ölkədə 6,2 milyon insan yaşayır. Bu ölkələrdə birlikdə təxminən 22 min əsgər və 450 artilleriya vahidi var, lakin onların silahlanmasında tank və təyyarələr yoxdur. Rusiya isə 845 min əsgər yığa bilər, onlardan təkcə 300 mini Rusiyanın qərb ərazilərindən toplana bilər. Bu əsgərləri 2600 ədəd tank, 5500 ədəd artilleriya qurğusu və təxminən 1400 döyüş təyyarəsi müşayiət edəcək”, - deyə məqalədə bildirilir.
Müəllifin fikrincə, Moskva hərbi əməliyyatı ildırım sürətilə həyata keçirəcək, bununla belə çox sayda resurs istifadə etməyəcək. Bunun əsas səbəbi isə Rusiyanın üç Baltikyanı ölkənin birgə ərazisindən dəfələrlə böyük olmasıdır.
Jurnalist əmindir ki, hərbi müqavimət mənasızdır, bu səbəbdən Baltikyanı ölkələrin vətəndaşları indidən partizan müharibəsinə hazırlaşmalıdırlar.
Bununla belə, Mixael Pek diqqəti həm də Baltikyanı ölkələrin Ruysiyanın hücumundan müdafiə planına malik olmalarına yönəldir.
“RAND Corporation” şirkətinin hesabatına görə, əgər Estoniya, Litva və Latviya müharibəyə başlasa, onların vətəndaşları bu qarşıdurmada önəmli rol oynayacaqlar.
Ağalar Qəribov
Ordu.az