Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, Çin ordusu Hebey vilayətinin şimalında 7000 əsgərin qatıldığı nəhəng təlimlərə başlayıb.
Təlimlərin açılış mərasimində təxminən 7000 qadın və kişi əsgərin qarşısında çıxış edən Çin rəhbəri Si Tsinpin bildirib ki, onlar kommunist partiyasının əmrlərini yerinə yetirərkən ölümdən və ya heç bir çətinlikdən qorxmamalıdırlar.
“Ordu elit və güclü qüvvələr yaratmalıdır. Elə bir qüvvələr ki, onlar hər zaman döyüşə girməyə və qalib gəlməyə hazır olmalıdırlar”, - deyə Si əlavə edib.
Çin ordusunun təqaüddə olan general-mayoru Su Quanqyu bildirib ki, ölkənin yaranmasından indiyə qədər ilk dəfədir ki, hərbi təlimlər üzrə təlimatlar Mərkəzi Hərbi Komissiyanın rəhbəri (Həm də ölkənin rəhbəri) tərəfindən verilir.
Analitiklər bununla da Si Tsinpin özünün ÇXR-in yaradıcısı Maodan sonra ən dominant lider olduğunu bir daha ortaya qoyub.
Ağalar Ağalarlı
Ordu.az